“Salahla bağlı məsələ cari mövsümdəki vəziyyətimizə təsir etməyəcək” – Klopp
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçunun klubdan ayrılması ilə bağlı iddiaların “qırmızılar”a mümkün təsiri barədə danışan Klopp, bunları deyib:
“Bu məsələnin komandanın çıxışına təsir edəcəyini düşünmürəm. Futbol dünyasında belə hallar olur. Bu barədə suallar verilir, biz də cavablayırıq. Salahla bağlı məsələ cari mövsümdəki vəziyyətimizə təsir etməyəcək”.
Salahın “Liverpul”dakı vəziyyətindən razı olmadığı və klubdan ayrılmaq barədə düşündüyü iddia edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin