Kloppdan meydanı xərəkdə tərk edən futbolçu ilə bağlı açıqlama
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun finalının “Çelsi” ilə (1:0) oyununda zədələnən yarımmüdafiəçi Rayan Qravenberxin durumunu şərh edib.
Komanda.az “Liverpul”un rəsmi saytına istinadən xəbər verir ki, o, niderlandlı futbolçunun səhhətinin yaxşı olduğuna umid edir:
“Ümid edirəm ki, o qədər də pis deyil. O, rentgendən keçib, heç bir sınığı yoxdur. Amma bağlarda nəsə olub”.
21 yaşlı futbolçu finalda “Çelsi”nin yarımmüdafiəçisi Moyzes Kaysedo ilə toqquşaraq meydanı xərəkdə tərk edib.
“Liverpul” tarixində 10-cu dəfə İngiltərə Liqa kubokunu qazanıb. Komanda turnirdə qələbə rekorduna sahibdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin