
Kloppun yeni işi var – Rəsmi
Almaniyalı məşqçi Yurgen Kloppun yeni iş yeri məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis rəsmi olaraq “Red Bull”da futbol əməliyyatları üzrə rəhbər vəzifəsinə təyin olunub.
Kloppun əvvəlki iş yeri İngiltərə “Liverpul”u olub. O, 2023/2024 mövsümünün sonunda Mersisayd klubunun baş məşqçi postunu tərk edib. “Qırmızılar”a Kloppdan sonra niderlandlı mütəxəssis Arne Slot başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin