Klopp tikinti işləri ilə məşğul olacaq

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrıldıqdan sonra tikinti işləri ilə məşğul olacaq.

Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, Klopp iki yeni obyekt tikdirir. Onlardan biri vətəni Visbadendə, Maynts (Almaniya) yaxınlığındadır. Mütəxəssis həm də Malyorkada (İspaniya) ev inşa etdirir. Çünki Belear adaları onun sevimli istirahət məkanıdır.

İndiyədək Yurgen Kloppun Almaniyadakı evinin tikinti işlərinə həyat yoldaşı Ulla Klopp nəzarət edirdi. Lakin baş məşqçi mövsümün sonunda “Liverpul”dan ayrılacaq və bütün tikinti işlərinə özü nəzarət edəcək. Çünki proses qrafikdən xeyli geri qalır.

Klopp bir müddət məşqçilik fəaliyyətinə ara verəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button