“O, hara getsə, mən onun möhtəşəm oyununu izləyəcəm” – Klopp
“Liverpul” klubu yarımmüdafiəçi Tiaqo Alkantaranın mövsümün sonunda azad agent kimi komandanı tərk edəcəyini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızılar”ın baş məşqçidi Yurgen Klopp Alkantaranı “rəssam” adlandırıb:
“Tiaqo dünyanın istənilən klubunda oynaya biləcək istedaddır. Onun komandamızda olması böyük şərəf idi. O, hara getsə, mən onun möhtəşəm oyununu izləyəcəm. Alkantara yalnız ən gözəl şəkilləri çəkəcək oyunun rəssamıdır”.
Alkantara 2020-ci ildən “Liverpul”da çıxış edirdi. İspaniyalı futbolçu uzun müddətdir ki, zədələrdən əziyyət çəkir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin