“Klopp Salahla yox, Brandtla müqavilə bağlanmasını istəyirdi”
İngiltərəli mütəxəssis Cimi Karrager, hücumçu Məhəmməd Salahın vaxtı ilə “Liverpul”a necə keçdiyindən danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Karrager, “Liverpul”un Salahı yox, başqa futbolçunu transfer etmək istədiyini deyib:
“Baş məşqçi Yurgen Klopp əvvəlcə Salahla yox, Julian Brandtla müqavilə bağlanmasını istəyirdi. İndi isə Məhəmmədin nəyə nail olduğunu görürük. Amma hər şey başqa cür də ola bilərdi”.
Salah 2017-ci ilin yayından “Liverpul”da oynayır. Onun klubla müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Misirli forvard bu mövsüm Premyer Liqada 20 oyun keçirib, 14 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin