Klopp: “Salah heç vaxt yanıma gəlib ayrılmaq istədiyini söyləməyib”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis bu barədə Salahla danışmadığını deyib:
“Salah heç vaxt yanıma gəlib ayrılmaq istədiyini söyləməyib. Təklif haqqında heç nə
bilmirəm. Amma fərqi yoxdur, Salah bizimlədir”.
31 yaşlı Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. O, İngiltərə klubunda ümumilikdə 319 oyun keçirib, 196 qol vurub və 83 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin