Klopp onun “Liverpul”a keçəcəyini təsdiqlədi

Baş məşqçi Jurgen Klopp “Liverpul”un “Brayton”un futbolçusu Moyses Kaysedonun transferi ilə bağlı razılığa gəldiyini təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis, klubdan ona Kaysedo ilə razılığa gəlindiyini dediklərini bildirib:

“Mənə dedilər ki, klubun Kaysedo ilə bağlı razılığa gəldiyini təsdiqləyə bilərəm. Amma hələ oyunçunu görməmişik. Kaysedo bu gün yoxlanışdan keçəcək? Deyə bilmərəm”.

Kaysedonun 110 milyon funt-sterlinqə “Liverpul”a keçəcəyi bildirilirdi ki, bu da Premyer Liqa rekordu olacaq.

Kaysedo 2022/23 mövsümündə “Brayton”un heyətində 43 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun “qağayılar”la müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button