Klopp ona görə şaddır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Klopp, ingilis futbolçunun yaxşı performansına görə şad olduğunu bildirib:

“Liverpul”un baş məşqçisi kimi “Mançester Yunayted”də yaxşı olan nədənsə xoşbəxt olmaq demək olar ki, mümkün deyil. Mən Reşford üçün çox şadam. Çünki o, bacardığı səviyyədə çıxış edə bilmədiyi keçən ili çox çətin keçirdi”.

Alman mütəxəssis qeyd edib ki, futbolçunun əla sürəti və texnikası var.

Reşford bu mövsüm 38 oyuna çıxıb, 25 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button