Klopp: “Ola bilər ki, nə vaxtsa Almaniya millisinin baş məşqçisi olum”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdıracağını istisna etmir.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, nə vaxtsa Almaniya yığmasının baş məşqçisi ola biləcəyini deyib:
“Ola bilər ki, nə vaxtsa Almaniya millisinin baş məşqçisi olum. Ancaq bunun üçün işləmək lazımdır. “Liverpul”dan ayrılsam, bir il heç nə etməyəcəm”.
Klopp 2015-ci ildən “Liverpul”da çalışır. Buna qədər almaniyalı mütəxəssis “Borussiya”da (Dortmund) və “Maynts”da işləyib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Almaniya millisinin hazırkı baş məşqçisi Hans-Diter Flikdir. Almanlar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin