Klopp meydandan qovulan futbolçusu haqda danışdı
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 2-ci turunun “Kristal Pelas”la oyununda (1:1) hücumçu Darvin Nunesin meydandan qovulmasına münasibət bildirib.
23 yaşlı uruqvaylı futbolçu matçın 57-ci dəqiqəsində rəqibin müdafiəçisi Yoakim Anderseni başıyla vurduğu üçün qırmızı vərəqə alıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, Klopp, Nunyesin komandanı ruhdan saldığını deyib:
“Darvin komandanı ruhdan saldığını bilir. Onunla söhbətimiz olacaq. Təbii ki, onun hərəkətləri bizim görmək istədiyimiz reaksiya deyil. Bilir ki, təxribata çəkiləcək, amma bu cür reaksiya vermək olmaz. Bununla belə, onun cəzalı olduğu müddətdə vaxtdan səmərəli istifadə etməyə, fiziki hazırlığı üzərində işləməyə çalışacağıq”.
Nunyes bu yay “Benfika”dan “Liverpul”a keçib. O, Premyer Liqanın 3-cü turunun “Mançester Yunayted”lə matçını buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin