Klopp: “Mən də onların yerində olsaydım, bunu istəyərdim”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 36-cı turunun “Lester”lə görüşünü (3:0) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “qırmızılar”ın növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış etmək şanslarını dəyərləndirib:

“Əlimizdən gələni edirik. “Nyukasl” və “Mançester Yunayted”in hazırda necə oynadığını nəzərə alsaq, şanslarımızın yüksək olduğunu düşünmürəm.

Onlardan biri büdrəsə, çəkdikləri əziyyət heyif olar. Öz işimizlə məşğul olmalıyıq. “Nyukasl” və “Mançester Yunayted”ə bizim “Lester”ə uduzmağımız sərf edəcəkdi. Mən də onların yerində olsaydım, bunu istəyərdim.

Müxtəlif suallar yarana bilər: onlar səhv edəcəklər? Qarşıdakı görüşlərdə qalib gələ biləcəyik? Bunlar baş verəcək? Bilmirəm”.

Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 65 xalla 5-ci, “Mançester Yunayted” və “Nyukasl” isə 66 xalla müvafiq olaraq, 4-cü və 3-cü pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button