Klopp “Liverpul”un tarixinə düşüb
“Liverpul”un baş məşqçisi Yurgen Klopp daha bir uğuru ilə klubun tarixinə düşüb.
Komanda.az xəbər verir ki, onun komandası iki gün əvvəl İngiltərə Liqa kubokunun finalında “Çelsi”ni məğlub edib. Nəticədə, “Liverpul” Kloppla ikinci dəfə bu kuboku qazanıb. Komanda 2021/22 mövsümündə də bu kuboka yiyələnib.
Alman mütəxəssis klub tarixində bunu bacaran 3-cü baş məşqçidir.
Daha əvvəl Jerar Ulye (2001 və 2003) və Bob Peysli (1981, 1982, 1983) “Liverpul”la azı iki dəfə İngiltərə Liqa kubokunu qazanıb.
Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. O, bu mövsümün sonunda klubu tərk edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin