Klopp: “Liverpul” üçün hər şey yaxşı olacaq”
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp klubun hazırkı çalışdırıcısı Arne Slotun rəhbərliyi altında komandanın çıxışı haqda fikirlərini bölüşüb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, niderlandlı mütəxəssisin işini bəyəndiyini bildirib:
“Komandanın çıxışını bəyənib-bəyənməməyimin fərqi yoxdur. Ən əsası odur ki, klubda əla oyunçu seçiminə və sıx bağlı komandaya malik yaxşı baş məşqçi var. Düşünürəm ki, komanda üçün hər şey yaxşı olacaq. Slotun işini “Liverpul”un ilk oyunlarından izləyirəm. Mənə aydındır. O, komandaya yeni ideyalar gətirir”.
“Qırmızılar” İngiltərə çempionatının növbəti oyununda doğma stadionunda “Brentford”la qarşılaşacaq. Oyun avqustun 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin