Klopp keçmiş klubunun fəxri səfiri oldu

Ötən mövsümün sonunda “Liverpul”dan ayrılan almaniyalı mütəxəssis Yurgen Klopp Mersisayd klubunun xeyriyyə fondunun fəxri səfiri olub.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub. Mersisaydlılar almaniyalı çalışdırıcının rəhbərliyi altında İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olublar.

Klopp getdikdən sonra niderlandlı mütəxəssis Arne Slot komandaya baş məşqçi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button