“Açığını desəm, bu, ən yaxşı çıxışımız idi” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun 3-cü turunda “Lester” üzərində qazanılan qələbə (3:1) haqda danışıb.
Komanda.az “Liverpul”un rəsmi saytına istinadən xəbər verir ki, Klopp matçı belə şərh edib:
“Birinci hissədən sonra 0:1 hesabı ilə uduzurduq. Dərhal çətin olan bir çox şanslar yaratdıq. Amma bunu bacardıq: xilasetmə, çarpaz tir, nə olursa olsun.
Belə hallarda pozitiv qalmaq və sadəcə oyun oynamaq vacibdir. Futbolçularmız bunu etdilər. Dəqiqə-dəqiqə biz bu oyuna öyrəşdik və açığını desəm, bu, ən yaxşı çıxışımız idi”.
“Liverpul” Liqa kubokunun 4-cü turunda səfərdə “Bornmut”la qarşılaşacaq. İngiltərə çempionatının altı turundan sonra “qırmızılar” 16 xalla ikinci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin