Klopp Kumanın arzusunun üzərindən xətt çəkdi
“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Barselona”nın maraq dairəsində olduğu deyilən Corcinyo Veynaldumla bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Veynaldumun mümkün ayrılığı barədə danışıb:
“Bütün futbolçularımız heyətdədir, bu cür söhbətlər yayıla bilir. Hazırda Veynaldumla bağlı hər şey qaydasındadır. O, mövsümöncəsi hazırlıqda çox yaxşı oynadı və bizimlə yaxşı il keçirəcəyinə inanıram”.
“Barselona”nın baş məşqçi postuna gətirilən Ronald Kumanın Niderland millisindən yaxşı tanıdığı Veynaldumu komandasında görmək istədiyi bildirilir. Kuman daha əvvəl Niderland yığmasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin