Klopp hakimlərdən şikayətləndi
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun 1/8 final mərhələsinin “Mançester Siti” ilə görüşü haqda fikirlərini bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, matçdan sonra hakimlərin işini tənqid edərək, VAR sistemindən danışıb:
“Erlinq Haland qol epizodunda oyundankənar vəziyyətdə idi, lakin bayraq qaldırılmadı. Hakimlər bir neçə epizodda elə görünürdü ki, sanki ipucu gözləyirlər və ya hələ də VAR-dan istifadə edilib-edilməyəcəyini düşünürlər”.
“Liverpul” İngiltərə liqa kubokunun 1/8 final mərhələsində “Mançester Siti”yə uduzaraq (2:3), mübarizəni dayandırıb.
“Mançester Siti”nin 1/4 finalda rəqibi “Sauthempton” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin