Klopp De Zerbi haqda: “Mən belə bir oyun qura bilməzdim”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 29-cu turunda baş tutacaq görüşdən əvvəl Roberto De Zerbinin “Brayton”dakı işini yüksək qiymətləndirib.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, o, “Brayton” qarşı mübarizənin bu qədər çətin olmağının səbəbini De Zerbinin qurduğu oyunun keyfiyyətində görür:

“Brayton”a qarşı oynamağın nə qədər çətin olduğunu bilirik. De Zerbi inanılmaz iş görür. Onun İngiltərəyə köçməsindən sonra 18-20 ay ərzində yaxınlaşdıq. Hər şey topa sahib olmaq ətrafında fırlanır. Onlar topu istəyirlər və top əllərində olanda əziyyət çəkməyə hazır olurlar. “Brayton”a qarşı oynamaq niyə bu qədər çətindir? Hər şey onların üslubuna aiddir. Bu, tamamilə fərqlidir. Mən belə bir oyun qura bilməzdim. Sadəcə mənim xarakterimə ziddir! Ancaq “Brayton”un matçlarını izləmək maraqlıdır. Oyunçulara çox yüksək tələblər var, onlar meydanda dəqiq mövqe tuturlar. Biz öz mövqeyimizi qorumalıyıq. De Zerbinin komandasının oyunu topa sahib olmaq üzərində qurulub”.

“Liverpul” – “Brayton” matçı martın 31-də “Enfild” stadionunda baş tutacaq. 28 turdan sonra “Brayton” 42 xalla Premyer Liqanın səkkizinci pilləsində qərarlaşıb. “Liverpul” ikinci yerdədir (64 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button