Etiraf etdi – Klopp danışanda heç nə başa düşmür

“Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyes Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppu alman ləhcəsinə görə başa düşə bilmədiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Klopp danışanda heç nə başa düşmədiyini deyib:

“Düzünü desəm, Klopp danışanda heç nə başa düşmürəm. Təbii ki, komanda yoldaşlarımdan onun sözlərini izah etmələrini xahiş edirəm. Hər halda, əminəm ki, Klopp meydandakı oyunçulardan nə almaq istədiyini tam aydın şəkildə söyləyir”.

Nunyes “Benfika”dan “Liverpul”a keçib.

23 yaşlı uruqvaylı futbolçu bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button