Klopp AÇ-2024-ü qazana biləcək 4 komandanın adını çəkib

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp hazırda Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, o, qələbəyə əsas namizədləri müəyyənləşdirib:

“Düşünürəm ki, İspaniya milli komandası qələbə qazanmağa qadirdir. Almaniya yaxşı oynayır, Fransa daha da güclü olacaq. Eyni şeyi İngiltərə haqqında da demək olar”.

2024-cü il Avropa çempionatı Almaniyada keçirilir. İyulun 2-də turnirin 1/8 final mərhələsinin oyunları başa çatıb. Oyunların nəticələrinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər formalaşıb: İspaniya – Almaniya, Portuqaliya – Fransa, İngiltərə – İsveçrə və Niderland – Türkiyə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button