Klopp “Liverpul”un çempion olacağına inanmır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında çempionluq yarışından danışıb.

Komanda.az xəbər verir ki, almaniyalı çalışdırıcı mətbuat konfransında “Arsenal” və “Mançester Siti”nin çempionluğa iki komandanın yarışı kimi baxdıqlarını bildirib:

“Mançester Siti”nin əlində ehtiyatda bir oyunu, “Arsenal”ın isə daha yaxşı top fərqi var. Biz titul üçün mübarizə apara bilərikmi? Burada oturub heç nə deyə bilmərəm, hələ də rəqabət var. Düşünürəm ki, “Arsenal” və “Mançester Siti” çempionluğa iki komandanın yarışı kimi baxırlar. Ola bilər ki, açıq şəkildə fərqli bir şey söyləyək, lakin onlar iki dəfə səhv edəcəklərini gözləmirlər. Mən də bunu gözləmirəm. Amma bu baş verərsə, onlara yaxınlaşmasaq, axmaqlıq olar. Belə olan halda biz orada olmalıyıq. Bu o deməkdir ki, növbəti matçlarda qalib gəlmək lazımdır”.

Bu həftə “Liverpul” “Everton”a 0:2 hesabı ilə uduzub. Nəticədə, Kloppun komandası 3-cü pillədə qərarlaşıb. Onlar “Arsenal”dan 3, “Mançester Siti”dən 2 xal geri qalırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button