Klopp Almaniya millisinin formasında tennis turnirinə qatılıb

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Malyorkada (İspaniya) keçirilən tennis turnirinə qatılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həyat yoldaşı ilə birlikdə Almaniyanın futbol üzrə milli komandasının köynəyini geyinərək, tribunada əyləşib.

Malyorkadakı turnir ot üzərində keçirilir. Yarışın qalibi çilili tennisçi Alexandro Tabilo olub.

Almaniya millisi Avropa çempionatının 1/4 finalında İspaniya – Gürcüstan matçının qalibi ilə qarşılaşacaq. Almanlar 2016-cı ildən bəri ilk dəfə böyük turnirin (Avropa və dünya çempionatı) 1/4 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button