
Klopp 2026-cı ilə qədər məşqçiliyə qayıtmayacaq
Almaniyalı mütəxəssis Yurgen Klopp bu il məşqçiliyə qayıtmaq fikrində deyil.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Kloppun 2026-cı ilin yayına qədər məşqçiliyə qayıtması ehtimalı azdır. O, özünü “Red Bull”dakı işinə tam həsr edəcəyinə söz verib və hazırda başqa heç nə düşünmür.
2026-cı il dünya çempionatından sonra bir çox komandaların yeni baş məşqçi axtarışına çıxacağı ehtimal olunur.
Son vaxtlar Kloppun adı “Real” və Braziliya millisi ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



