“Kloop ofsayddan vurulan qollarla qələbə qazanmağa öyrəşib”

“Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini, Premyer Liqanın 25-ci turunda “Liverpul”la qollu bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, çilili mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İlk qol ofsayd idi. Buna baxmayaraq, yaxşı oyun sərgilədiyimizi düşünürəm. Matçın son dəqiqələrində Divok Originin yaxaladığı epizod da ofsayd idi və hakim bunu görmədi.

Yurgen Kloop ofsayddan vurulan qollarla qələbə qazanmağa öyrəşib. “Malaqa”nı çalışdırdığım zaman Dortmund “Borussiya”sına Çempionlar Liqasında məğlub olub (2:3), mübarizəni dayandırdığımız oyunda da 7 metr ofsayddan qol vurmuşdular. Heç nədən şikayət edə bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button