Klinsmann Cənubi Koreya millisindən qovulub
Almaniyalı mütəxəssis Yurgen Klinsmann Cənubi Koreyanın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsindən qovulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Klinsmanna istefası barədə Koreya Futbol Assosiasiyasının (KFA) rəhbərliyi ilə görüşdən sonra məlumat verilib. Məşqçinin özü sosial şəbəkələrdə paylaşım edərək KFA-ya əməkdaşlığa görə təşəkkür edib.
Bundan əvvəl 59 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda Asiya Kubokunun finalına çıxa bilməyib. Yarımfinal matçında Cənubi Koreya millisi İordaniya yığmasına uduzub (0:2).
Klinsmann 2023-cü ildə Cənubi Koreya millisinin baş məşqçisi təyin edilib. O, əvvəllər ABŞ və Almaniya yığmalarını da çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin