KL: Azərbaycan təmsilçilərinin potensial rəqibləri açıqlandı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də mümkün rəqibləri bəlli olacaq.

Saat 15:00-da başlayacaq püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.

“Ağ-qaralar” bu raundda “Dinamo” (Minsk, Belarus) – “Deçiç” (Monteneqro) və ya “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi ilə, həmçinin “Aris” (Kipr), “Makedoniya” (Şimali Makedoniya) və “Velej”lə (Bosniya və Herseqovina) görüşə bilər.

“Qəbələ”nin mümkün rəqibləri APOEL (Kipr), “Başakşəhər” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan) və “Radniçki” (Serbiya) komandalarıdır.

“Zirə” isə “Dinamo” (Tiflis, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, həmçinin BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya) və “Makkabi” (Təl-Əviv, İsrail) komandalarından birinə rəqib ola bilər.

UEFA Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” 1-ci təsnifat mərhələsində Polşa “Lex”ini keçə bilməsə, mübarizəni Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcək. Belə olan halda “Qarabağ” “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) və “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 – 28 iyulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button