Kiyev “Dinamo”sunun sabiq futbolçusu “Araz-Naxçıvan”la müqavilə bağladı

Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Mohammed Kadiri “Araz-Naxçıvan”la müqavilə bağlayıb.

Komanda.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi yeni klubu ilə münasibətləri rəsmiləşdirib.

Bir neçə gündür Naxçıvan təmsilçisinin düşərgəsində olan 27 yaşlı dayaq yarımmüdafiəçisi klubla 1 illik müqavilə imzalayıb.

Karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayan Mohammed Kadiri, həmçinin, “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button