Kiyev “Dinamo”sunun futbolçusu “Korintians”da
Ukraynanın “Dinamo” klubu müdafiəçisi Danilo Sidkleylə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu Braziliyadan “Korintians”a icarəyə verilib.
Bu barədə Kiyev təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu 2020-ci ilin 31 dekabrına kimi ölkəsində oynayacaq.
Sidkley “Dinamo”ya 2018-ci ildə transfer olunmuşdu. O, bu komandanın heyətində indiyə qədər bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin