Kiyev “Dinamo”su Mahir Emrelinin komandası ilə qarşılaşacaq
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə xeyriyyə oyunu keçirəcək.
Komanda.az Zaqreb klubunun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 28-də “Maksimir” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
Kiyev “Dinamo”su Emrelinin klubu ilə yanaşı, Xorvatiya “Legiya”sı, Türkiyə “Qalatasaray”ı, Rumıniya “Styaua”sı və Almaniyanın “Borussiya” (Dortmund) komandaları ilə də qarşılaşacaq.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin