Kiyev “Dinamo”su azərbaycanlı futbolçuları məyus etdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Eldar bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Rüstəm isə 57-ci dəqiqədə meydana buraxılıb.
Üç turdan sonra 3 xalı olan “Minay” 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin