Kivu “Parma”dan ayrıldı – Rəsmi

Rumıniyalı mütəxəssis Kristian Kivu “Parma”dan ayrılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 44 yaşlı baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini açıqlayıb.

Kivu bu ilin fevralından etibarən “Parma”ya başçılıq edirdi. Komanda onun rəhbərliyi altında 3 qələbə qazanıb, 7 heç-heçə edib və 3 dəfə məğlub olub.

Daha əvvəl Kivunun “İnter”in baş məşqçisi təyin olunacağı barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button