Kapello “İnter”in baş məşqçisini özünə bənzədir

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello hazırda “İnter”ə rəhbərlik edən Kristian Kivu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 44 yaşlı mütəxəssisi özünə bənzədib:

“Bəzi şeylər göz qabağındadır. Kivu mənə müəyyən mənada özümü xatırladır. Çünki “Milan”la debütümə qədər mən yalnız gənclər komandalarını çalışdırırdım və dərhal özümü ulduzlarla dolu komandanın “sükanı arxasında” tapdım”.

“İnter” hazırda İtaliya A Seriyasının turnir cədvəlində beşinci, “Milan” isə üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button