“Kişi kimi əllərini sıxıb təbrik etdim” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün biz qazandıq. Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdır.

Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndir. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.

Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkyana ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button