Azərbaycanlı idmançı Misirdə gümüş medal qazandı

Kişi idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvü Cavidan Babayev Misirdə gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, 3-6 iyun tarixlərində Qahirə şəhərində təşkil edilmiş idman gimnastikası üzrə dünya kubokunda Cavidan Babayev, Murad Ağarzayev və Sərvər Əliyev iştirak edib.

Təsnifat mərhələsində halqalarla çıxışına görə finala adlayan Cavidan həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.

Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan Murad isə yekunda 6-cı yerlə kifayətlənməli olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button