
Kişi boksçular lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandda davam etdirəcək.
Komanda.az xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Banqkoka yığmanın 4 üzvü yollanıb.
Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.
Toplanış 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin