Kiril Petrovun durumuna aydınlıq gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”la oyunun əvvəllərində zədələnərək əvəzlənən Kiril Petrovun vəziyyətinə aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin