“Bu oyunun nəticəsinin “Qarabağ”la matça təsir edəcəyinə inanmıram”

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq çempionatın 4-cü turunda “Pafos”a qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Berq, bu oyunun Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ”la matçına təsir etməyəcəyini deyib:

“Bu oyunun nəticəsinin “Qarabağ”la matça təsir edəcəyinə inanmıram. Bu oyunda bütün diqqətimiz “Pafos”da idi. “Qarabağ”la oyunda da bu matçda baş verənlər haqda düşünməyəcəyik. İrəli baxmalıyıq.

Hədəflərimizə çatmaq üçün çalışmalıyıq. Müdafiədə etibarlı olub, daha çox qol imkanı yaratmaq və hədəflərimizə çatmaq istəyirik”.

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button