
Araz Abdullayev “Sumqayıt”la razılaşdı – sabah müqavilə imzalanacaq
Kiprin “Etnikos” klubundan ayrılan Araz Abdullayev karyerasını “Sumqayıt”da davam etdirəcək.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Komanda.az-a verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub.
“Sumqayıt” Azərbaycan millisinin üzvü ilə sabah rəsmi müqavilə imzalayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin