APOEL-in baş məşqçisi Bakıya gəldi
Kiprin APOEL klubunun baş məşqçisi Paulo Trametsani Bakıya gəlib.
Komanda.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nektaris Petevinos yerli mətbuata açıqlamasında deyib. O, Trametsaninin bu gün keçiriləcək “Qarabağ” – “Dandalk” (İrlandiya) matçını izləmək üçün Bakıya gəldiyini bildirib.
“Qarabağ” – “Dandalk” matçının qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq. Oyun saat 21:00-da start götürəcək. “Qarabağ” ilk oyunda səfərdə “Dandalk”la 1:1 hesablı heç-heçə edib.
APOEL 2-ci təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu iki oyunun nəticəsinə görə (ilk oyun 1:0, cavab oyunu 3:0) məğlub edərək, 3-cü mərhələyə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin