AEL-in futbolçusu: “Bu sonluq Bakıdakı oyunda bizi daha güclü edəcək”

Kiprin AEL komandasının futbolçusu Stefan Şçepoviç Konfrans Liqasının 3-cü mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, serbiyalı hücumçu, qələbə qazanmağa layiq olduqlarını deyib:

“Qələbəyə layiq idik, növbəti mərhələyə yüksələcəyimizə inanıram. Yaxşı oynadıq və son dəqiqələrdə rəqib hesabı bərabərləşdirdi. Bu sonluq Bakıdakı oyunda bizi daha güclü edəcək.

Oyuna yaxşı başladıq və qol imkanlarımız oldu. Mərhələ adlamaq üçün növbəti matçda daha yaxşı oynamalıyıq”.

AEL – “Qarabağ” matçı 1:1 hesabıyla bitib. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button