
“Qarabağ”a qarşı iki möhtəşəm oyun sərgiləmək istəyirik”
Kiprin AEL komandasının futbolçusu Euller Silva Konfrans Liqasının 3-cü mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Braziliya mətbuatına danışan 26 yaşlı müdafiəçi, “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq istədiklərini deyib:
“Qarabağ”a qarşı iki möhtəşəm oyun sərgiləmək istəyirik. Qrup mərhələsinə yüksəlməyin əhəmiyyətini bilirik. Oyunlara yaxşı köklənmişik.
Fikrimiz yarışın qrup mərhələsinə vəsiqə qazanmaqdır. Qrupa düşmək üçün mübarizə aparacağıq”.
“Qarabağ” AEL-lə ilk matçını avqustun 5-də səfərdə, cavab oyununu isə bir həftə sonra Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin