“Kipri məğlub edib finala çıxacağımızı düşünürəm” – Azərbaycan millisinin baş məşqçisi

“Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqibdir. Onları məğlub edib finala çıxacağımızı düşünürəm”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipr komandası ilə qarşılaşacaqları oyundan əvvəl deyib.

Türkiyəli mütəxəssis uduzmaq niyyətində olmadıqlarını bildirib:

“Yarımfinalda Kiprlə qarşılaşacağıq. Hansı ki, 2022-ci ildə çempion olublar. Öz yaş qrupunda ilk 3-lüyə düşmüş komandadır. Çox dinamik, müdafiə sistemi üzərindən oynayırlar. Əslində, turnirin əvvəlindən bəri Kiprlə ya finalda, ya da yarımfinalda rəqib olacağımızı düşünürdüm. Ona görə də, rəqibi izləyirdik. Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq. Daha aqressiv olacağıq. Bura qədər gəldikdən sonra uduzmaq niyyətimiz yoxdur. Maydan bəri yarışlara çox ciddi şəkildə hazırlaşırıq. Düzdür, bir az yorğunluq var. Amma bu hər zaman olur. Komandamız gərgin oyuna hazırdır”.

Millinin Kiprlə matçı sabah saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button