Kipr yığmasına millimizlə oyun üçün yeni müdafiəçi cəlb olundu

Futbol üzrə UEFA Millətlər Liqasının 4-cü turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasına yeni futbolçu cəlb olunub.

Komanda.az xəbər verir ki, hazırda ölkəsinin AEK (Larnaka) klubunda çıxış edən Tomas İoannu komandaya qoşulub.

Bu barədə Kipr Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi yığmaya gəlməkdən imtina edən İngiltərənin “Nottingem Forest” klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button