Valemin millidəki taleyi Azərbaycanla oyundan asılıdır
Kipr milli komandasının baş məşqçisi Yohan Valemin yığmadakı taleyi sual altındadır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı mütəxəssisin rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının 4-cü turundakı Azərbaycanla oyunda da məğlub olsa, Valem baş məşqçi postundan göndərilə bilər.
48 yaşlı çalışdırıcının Kipr millisi ilə müqaviləsi 2021-ci ilin noyabrına qədərdir. Onun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasında keçirdiyi 3 oyunda da məğlub olub.
Azərbaycan – Kipr matçı oktyabrın 13-də, Albaniyada keçiriləcək və saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin