Kipr – Azərbaycan oyununun hakimləri müəyyənləşdi

UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilməsi planlaşdırılan Kipr- Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Filip Qlova olacaq. Ona yan xətt hakimləri Peter Bednar və Frantişek Ferenç kömək edəcək. Matçın dördüncü hakimi isə Boris Marhefka olacaq.

Kipr – Azərbaycan oyunu sentyabrın 8-də, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button