“Qarabağ”dan norveçli futbolçuya 450 min avroluq təklif
Kipr APOEL-inin futbolçusu Qayas Zahidi transfer etmək istəyən Azərbaycan klubunun adı məlum olub.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Qarabağ” yaxından maraqlanır. Bu barədə “goal.philenews.com” saytı məlumat yayıb. Ağdam təmsilçisi Zahidə illik 450 min avro qazanacağı müqavilə təklif edib.
Türkiyədən bir klubun da norveçli futbolçuya 600 min avro təklif etdiyi və Zahidin bu variantı daha üstün tutduğu bildirilib.
2017-ci ildən APOEL-də çıxış edən Zahidin klubla müqaviləsi mayın sonuna qədərdir. O, yeni klubuna azad agent kimi keçəcək.
Yarımmüdafiəçi 2018-ci ilin yayında debüt etdiyi Norveç yığmasında 2 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin