Kintana – 40, Zubir – 50

Azərbaycan Premyer Liqasının 3-cü turunun “Səbail”lə oyunu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib. 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legioner yubiley qolunu 139-cu matçında vurub. Kintananın bu qollarından 31-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 6-sı avrokuboklara təsadüf edib.

Daninin komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib. Görüşə ikinci hissədə daxil olan fransalı “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi Premyer Liqada 25, Azərbaycan kubokunda 4, avrokuboklarda 21 dəfə şans qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button