
Koman yeni klubu ilə 3 illik müqavilə bağlayacaq
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu tezliklə heyətini daha bir futbolçu ilə gücləndirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern”in 29 yaşlı yarımmüdafiəçisi Kinqsli Koman “Əl-Nəsr”ə transfer olunur.
Fransalı futbolçu Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalayacaq.
Koman 2024/25 mövsümündə Almaniya çempionatında 28 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



