“Bayern” fransalı futbolçunu icarəyə verə bilər
“Bayern”in hazırkı transfer pəncərəsi bağlanana qədər komandanın yarımmüdafiəçisi Kinqsli Komanla yollarını ayırması gözlənilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Barselona” və PSJ maraqlanır.
Hazırda Koman üçün ən konkret variant PSJ-dir. Fransa klubu artıq yarımmüdafiəçi üçün danışıqlar aparıb, lakin hələlik “Bayern”lə razılığa gəlməyib. Münhen klubu oyunçusunu sonradan satınalma şərti və ya öhdəliyi ilə icarəyə verməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin